Art
Bakı Konqres Mərkəzindəki bütün tədbirlər dayandırıldı
Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
Məlumata görə, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.
Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə “Auditoriya” zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.
Məlumata görə, təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.
Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.
Məlumatda həmçinin bildirilib ki, texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.
Qeyd edək ki, anası erməni olan, rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri bir neçə gündür sosial şəbəkələrdə tənqid edilirdi.
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər













.jpg)













.jpg)




.jpg)




