Art
Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olundu - FOTO
Aprelin 5-də Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə TÜRKSOY-un baş katibi, üzv dövlətlərin mədəniyyət nazirləri və müavinləri, Türk Dövlətləri Təşkilatlarının rəhbər şəxsləri, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri akimliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov təmsil olunub.
Açılış mərasimində rəsmilərin çıxışlarından sonra Türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.
Konsertdə ölkəmizdən 20-dən çox incəsənət xadimi maraqlı ifası ilə tədbirə rəng qatıb.
Tədbir çərçivəsində Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.
Görüşdə TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda "mədəniyyət paytaxtı" ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər













.jpg)













.jpg)




.jpg)




