Art
İsraildə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə bağlı tədbir keçirildi
İsrailin Afula şəhərində Azərbaycan bəstəkarlıq məktəbinin banisi, musiqişünas-bəstəkar, elm xadimi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin dəstəyi ilə baş tutub. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən yubiley gecəsi Azərbaycanın qədim musiqi janrlarından olan muğamla tanışlıqla başlayıb.
Gecədə iştirak edən dünya şöhrətli rusiyalı musiqişünas, “Rus naxışları” Moskva vilayət Filarmoniyasının Dövlət Akademik Orkestrinin bədii rəhbəri və dirijoru İlya Yakovleviç Reybarx iki saatlıq mühazirə ilə çıxış edib. O, muğamın Azərbaycanda qorunub saxlanılan orijinal xalq musiqi janrı olduğunu bildirib. İlya Reybarx muğamın Azərbaycan operası da daxil olmaqla, milli musiqimizin əsasını təşkil etdiyini, eyni zamanda xalqımızın mənəvi və mədəni dəyərlərindən olduğunu diqqətə çatdırıb.
Ardınca, muğam sənətimizin inkişafında mühüm rol oynayan məşhur azərbaycanlı xanəndələrin ifasında muğam nümunələrinin səsyazmaları təqdim olunub. Sonra İlya Reybarx Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığının Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolu haqqında danışıb. O, dünya şöhrətli azərbaycanlı bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi haqqında da məlumat verib və onların əsərlərinin illərdir dünya səhnələrində səsləndirildiyini qeyd edib.
Çıxışında Müslüm Maqomayevin nəvəsi – Azərbaycanın və SSRİ-nin Xalq artisti, məşhur vokal ifaçısı Müslüm Maqomayevin yaradıcılığına da yer ayırıb. Tədbir iştirakçıları müğənninin böyük babası ilə eyni adı daşımasını maraqlı fakt kimi qarşılayıblar. Ədəbi-musiqili gecədə klassik Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirən “Leyli və Məcnun”, “İldırımlı yollarla”, “Min bir gecə”, “Məhəbbət əfsanəsi” kimi məşhur əsərlərdən parçalar, eləcə də “Koroğlu” operasının uvertürası səsləndirilib.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)
.jpg)
.jpg)





.jpg)
.jpg)






















