Art
Bakıdakı Qətər Mədəniyyəti Günlərinin açılışından FOTOLAR
Aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə qonaqlar Dənizkənarı Milli Parkda təşkil olunan müxtəlif təyinatlı pavilyonlarda Qətərin zəngin mədəni irsi ilə tanış olublar.
Burada ziyarətçilərə Qətərin milli geyimləri, mətbəxi, musiqisi, toxuculuq və kalliqrafiya sənətinin incə nümunələri təqdim edilib. Tədbir çərçivəsində Qətərdən gələn musiqiçilərin iştirakı ilə möhtəşəm konsert proqramları da təşkil olunub.
Heydər Əliyev Mərkəzində keçirilən Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində isə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, diplomatlar, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Aprelin 10-dan 13-dək Bakıda keçiriləcək Qətər Mədəniyyəti Günləri çərçivəsində müxtəlif sərgilər, konsert proqramları və müzakirə platformaları təşkil olunacaq. Bu tədbirlər vasitəsilə iki ölkə arasında mədəni əlaqələr daha da güclənəcək, incəsənət və ədəbiyyat sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq.
Xatırladaq ki, bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir.
-
Nida Xəbər 16:00Mehriban Əliyeva Fələstinə həsr olunan tədbirdə iştirak etdi - Fotolar
-
Magazin215:09Məşhur aktrisa öldü
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
MDB13:23Erməni jurnalist: "Qorxuram ki, sabah başımıza yeni fəlakət gətirələr"
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto
-
Hadisə12:28General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
-
Sosial12:13Azərbaycanda icbari sığorta bazarı da çöküb: Səbəb bəllidir







































