Art
Mədəniyyət naziri Akademik Rus Dram Teatrının kollektivi ilə görüşdü - Fotolar
Azərbaycan mədəniyyət naziri Adil Kərimli aprelin 11-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında olub.
Bu barədə Publika.az-a nazirlikdən bildirilib.
Kollektivi salamlayan Adil Kərimli ölkəmizdə mədəniyyət sahəsinin inkişafının Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını deyib. Bildirilib ki, paytaxtda və bölgələrdə teatrların maddi-texniki təchizatı yaxşılaşdırılır, yeni binalar tikilir, yaxud əsaslı təmir-bərpa edilir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.
Akademik Rus Dram Teatrının fəaliyyətindən danışan nazir qeyd edib ki, bu mədəniyyət ocağı zəngin keçmişi, özünəməxsus sənət ənənələri ilə seçilir. Kollektivin yerli və əcnəbi müəlliflərin əsərləri əsasında hazırladığı tamaşalar ölkəmizdə və xaricdə maraqla qarşılanır.
A. Kərimli çıxışında mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən teatr fəaliyyətinə yeni yanaşmaların zəruri olduğunu bildirib. Qeyd edilib ki, teatr sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi də günün tələbidir. Yeni mədəniyyət strategiyasında bu məsələlər də əksini tapacaq.
Görüşdə teatrın rəhbərliyi və əməkdaşlarınn sənət ocağının fəaliyyəti və ümumiyyətlə, səhnə sənətinin inkişaf istiqamətləri ilə bağlı çıxışları dinlənilib. Gənc aktyorlar üçün mentor dərslərinin təşkili, yaradıcılıq məhsulu ilə bağlı qiymətləndirmə meyarları və s. məsələlərlə bağlı təkliflər səsləndirilib.
Sonda teatrın bir sıra əməkdaşlarının sualları cavablandırılıb.
Nazir kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















