Art
"Bakı Milli Geyim evi"nin Romada dəfiləsi keçirildi - FOTOLAR
Ötən gün Bakı Milli Geyim Evinin İtaliyanın paytaxtı Roma şəhərində dəfiləsi baş tutub.
Azərbaycanın Milli Geyimləri Romada böyük maraqla qarşılanıb. Belə ki, tədbir iştirakçıları Azərbaycanın tarixi və etno üslubda nümayiş edilən geyimlərə heyrətini gizlətməyib. Daha çox Qarabağ geyimlərinin marağa səbəb olduğu dəfilədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov qonaqları salamlayaraq Bakı Milli Geyim evinin geyimlərini iştirakçılara təqdim edib.

Azərbaycanın İtaliyadakı səfiriliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Gülnar Tağızadə isə geyimlərin gözəlliyindən bəhs edib.

“Bakı Milli Geyim Evi”nin rəhbəri, tanınmış modelyer Könül Vəlibəyli bildirdi ki, Romada baş tutan bu dəfilə qonaqlar, izləyicilər tərəfindən maraq və sevgi ilə qarşılanıb:
"Biz buraya yeni kolleksiyalarımızla gəldik. Bilirsiniz ki, Bakı Milli Geyim Evi hər zaman hazırladığı milli geyimləri, tarixi ənənələrə söykənən ornamentlərləi ilə, parçaları və bölgələrə həsr həsr olunan geyimləri ilə fərqlənib. Azərbaycanın milli geyimində əsas yer tutan Qarabağ libaslarımız burada xüsusi marağa səbəb oldu. Geyimlərimzdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapdı. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Dəfilədə nümayiş etdirdiyimiz geyimlərimiz Qarabağın bölgələrini təcəssüm etdi və həmin bölgələrin canlı obrazını yaratmış olduq. Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Qarabağ geyimlərimiz iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Bilirsiniz ki, “Bakı Milli Geyim Evi” ənənəvi etnik geyim elementlərini qoruyub saxlamaqla, onların unikal və innovativ elementlərini yeni nəslə ötürür. Məqsəd tarixi milli geyimlərin elementlərini adi geyimlərlə birləşdirərək, onlardan yalnız xüsusi günlərdə deyil, həmçinin adi günlərdə də istifadə etməyə nail olmaqdır. “Bakı Milli Geyim Evi”nin hazırladığı milli geyimlər Azərbaycanda bir çox muzeylərin kolleksiyalarında yer alıb. Bakı Milli Geyim Evinin “Borçalı”, “Şuşa”, “Şəki”, Qərbi Azərbaycan , “Şirvan”, “Lənkəran” kimi bir çox tanınmış kolleksiyaları var. Biz bu gün daha çox Qarabağ və Qərbi Azərbaycan kolleksiyamıza üstünlük verdik. Ondan da çox müsbət geri dönüşlər aldıq. Gəlin bərabər Ənənələrimizi Gələcək nəsillərə ötürək".







-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto






.jpg)
.jpg)
.jpg)





.jpg)
.jpg)






















