Art
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı oldu - Fotolar
Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.
“Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.
Publika.az xəbər verir ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.
Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.
155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə “Ekspo 2025”ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
MDB13:23Erməni jurnalist: "Qorxuram ki, sabah başımıza yeni fəlakət gətirələr"
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
MDB12:50Həbsdən çıxıb anasını zorladı - Foto
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto
-
Hadisə12:28General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
-
Sosial12:13Azərbaycanda icbari sığorta bazarı da çöküb: Səbəb bəllidir
-
Sosial10:39Bu qurumlar birləşdirildi















.jpg)























