Art
Mədəniyyət naziri "Azdrama"nın kollektivi ilə görüşdü - Fotolar
Mədəniyyət naziri Adil Kərimli aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, kollektivi salamlayan nazir Akademik Milli Dram Teatrını özünəməxsus sənət ənənələri olan mədəniyyət ocağı kimi səciyyləndirib. Bildirib ki, bu teatrda zaman-zaman görkəmli səhnə xadimləri çalışıb və onların bir çoxu özünün sənət məktəbini yaratmağa müvəffəq olub.
Qeyd olunub ki, teatrın repertuarında Azərbaycan və dünya kilassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də əsərlərinə yer verilir. Vurğulanıb ki, Milli Dram Teatrı ölkəmizin müxtəlif bölgələrinə qastrol səfərlərinə gedərək maraqlı səhnə əsərləri ilə yerli sənətsevərlərin zövqünü zənginləşdirir. Kollektiv eyni zamanda xaricdə də milli teatr sənətimizi layiqincə təmsil edir.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət sahəsinin inkişafına davamlı diqqət və qayğı göstərdiyini deyib. Vurğulayıb ki, Bakı şəhərində və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.
Teatrın rəhbərliyi səmimi görüşə görə nazirə təşəkkür edib. Həmçinin sənət ocağının fəaliyyəti və repertuar siysəti, gələcək planları barədə məlumat verilib. Çıxışlar zamanı teatrın yaradıcılıq fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, əməkdaşların sualları cavablandırılıb.
Sonda nazir Adil Kərimli kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, mətbuatda Akademik Milli Dram Teatrında aktyorlar və rejissorlar arasında insident yaşanması ilə bağlı məlumat yayılıb. İnsidentə səbəb "Azdrama"ya başqa teatrdan aktyorların dəvət olunması göstərilib.
-
Region10:06Məntəqə sədrləri və katib həbs olundu
-
MDB09:27Ukrayna ilin əvvəlindən bəri beynəlxalq ehtiyatlarının 20%-ni itirib
-
Region09:18Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar"
-
Art08:48"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR




































