Art
Azərbaycanəsilli rejissorun filmi “Kann” festivalının QALİBİ OLDU
İranın azərbaycanəsilli rejissoru Cəfər Pənahinin rejissoru olduğu "Sadə təsadüf" filmi 78-ci Kann Film Festivalında “Qızıl Palma budağı”na layiq görülüb.
Publika.az xəbər verir ki, bu barədə "France" TV məlumat yayıb .
Qalibi bu il fransız aktrisa Cülyetta Binoşun rəhbərlik etdiyi festivalın münsiflər heyəti elan edib.
Film mayın 13-də Fransanın Kot d'Azurda açılışı olan festivalın əsas müsabiqəsində ən yaxşı tammetrajlı film kimi tanınıb. Süjetin təfərrüatları açıqlanmır.
Filmdə rolları Hədis Pakbaten, Məcid Pənahi, Mohamad Ali Elyasmer və Məryəm Əfşari oynayıb.
Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.
Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.
2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























