Art
Adil Kərimli gürcüstanlı həmkarı ilə görüşdü
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə Adil Kərimli Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib.
Bildirib ki, dövlət və hökumət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri, imzalanan sənədlər, eləcə də iki ölkənin birgə həyata keçirdiyi önəmli layihələr xalqlarımızı daha da yaxınlaşdırır. Ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə də əlaqələr dinamik şəkildə inkişaf edir. Mədəni əməkdaşlıqda yeni səhifələrin açılması üçün münbit şərait mövcuddur.
Qeyd olunub ki, Azərbaycan tərəfi Gürcüstanla yaradıcı sənayelər, muzey, kitabxana, film istehsalı və digər sahələrdə daha intensiv əməkdaşlıqda maraqlıdır.
Xanım Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib. Gürcü nazir beynəlxalq mədəniyyət layihələrində birgə iştirak və yaradıcı kollektivlərin qarşılıqlı qastrol səfərlərinin bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























