Art
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir - Fotolar
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı maraqlı təqdimatlarla davam edib.
Publika.az xəbər verir ki, Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman zabitlərimizin, əsgərlərimizin fədakarlığı, şəhidlərimizin axan qanı sayəsində Şuşada növbəti dəfə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının keçirildiyini deyib. O, bu əlamətdar günün son dərəcə önəmli və qürurverici olduğunu qeyd edib.
"İşğaldan azad olunmuş torpaqlarda Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin bu festivalda ilk dəfə iştirak etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün muğamımız, milli musiqimiz hər festivalın səhnəsində tamam fərqli səslənir”, - deyə rektor diqqətə çatdırıb.
Qarabağ Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Gülşən Qasımzadə gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və Qarabağın mədəni dirçəlişində fəal rol oynamasının universitetin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb.
"Otuz ildən sonra doğma Qarabağımıza qayıdaraq təhsil, mədəniyyət, memarlıq və digər istiqamətlərdə yenidənqurma işləri aparırıq. Gələcəkdə də bu istiqamətdə iştirakın genişləndirilməsi üçün universitet tərəfindən yeni layihələr planlaşdırılır", - deyə G.Qasımzadə vurğulayıb.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəsli li təhsil ocağının cəmi bir il ərzində möhtəşəm yekun konsertlə “Xarıbülbül” Festivalında çıxış etdiyini bildirərək deyib: "Festivalın rəsmi proqramında yer almaq tariximizin önəmli bir hissəsinə çevrilmək demək idi. Mükəmməl inzibati və pedaqoji heyət, eləcə də tələbə komandası ilə bir ailə kimi ilk addımlarımızı atmış, növbəti böyük hədəflərə doğru istiqamətlənmişik".
Qeyd edək ki, bu cür festivallar gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirir, onların tariximizi, mədəni irsimizi daha dərindən mənimsəməsinə və bu dəyərləri gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməsinə şərait yaradır. Eyni zamanda, yaradıcı gənclərin öz bacarıq və ideyalarını nümayiş etdirməsi, milli sənət ənənələrini yeni baxışlarla təqdim etməsi üçün mühüm platforma rolunu oynayır.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var










.jpg)


.jpg)
























.jpg)


