Art
84 yaşlı Ofeliya Sənani: Xoşbəxt ömür yaşamışam, qadınlara tövsiyəm odur ki...
"Ad günümü məkanların birində qeyd etdik. Dostlarım, yaxınlarım ətrafımda idi. Ad günlərində təəssüratlarım həmişə çox gözəl olur. Yaxınlarımı görürəm, nostalji hisslər keçirirəm. Keçmiş günlərimi, xüsusilə gənclik və efirdə keçən illərimi xatırlayıram. O illər üçün çox darıxıram".
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
Onun sözlərinə görə, xoşbəxt həyat yaşayıb: "Hər günüm dolu, mənalı və xoşbəxt keçib. İşimi hər yerə çatdırırdım - efirə, kinostudiyaya. Gecə yatmamış bütün ev işlərimi görürdüm, yemək bişirirdim. Xanımlara güclü olmağı, ruhdan düşməməyi, yorulmamağı arzu edirəm. Mən hər verilişi oxuduqca sanki cavanlaşırdım, çünki işimi çox sevirdim. İşim mənə ruh verirdi, ona görə də cavan qalmışam. Həyat yoldaşım da mənə dəstək olurdu. Vaxt tapıb məni işə aparıb-gətirirdi".
Səhhətindən danışan Xalq artisti deyib: "Səhhətim yaxşı deyil. Daim ev şəraitində müalicədəyəm, dərmansız günüm olmur. İnfarkt keçirdikdən sonra əvvəlki gücüm qalmayıb. Təzyiqim yüksəkdir. 84 yaşım var, bu ömür Allahın payıdır. Dərmanlarımı vaxtlı-vaxtında içirəm. Dediyim kimi, xoşbəxt bir ömür yaşamışam. Rahatam ki, uşaqlarımın yeməyi olub, heç kimə əziyyət verməmişəm.
Ailəni, uşaqları, evi idarə etmək qadının üzərinə düşür. Qadınlara məsləhətim budur ki, ailələrinə daha çox vaxt ayırsınlar. Diqqətləri uşaqlarının üzərində olsun. Qapını bağlayıb, işə getməsinlər. Həyatda ayıq olmaq, planlı yaşamaq vacibdir".
Qeyd edək ki, Ofeliya Sənani Valid Sənani ilə evli olub. Valid Sənani 2011-ci ildə 75 yaşında dünyasını dəyişib. Onların bir qızı, bir oğlu var.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























