Art
Laçında beynəlxalq incəsənət sərgisi açıldı - FOTO
Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ili çərçivəsində Seyrəngah adlanan ərazidə “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Bu sərgi MDB ölkələri coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.
İştirakçı rəssamlar arasında Rusiyadan Yuliya Jukova, Belarusdan Kirill Orsik, Özbəkistandan Bobir Vaxobjanov, Qazaxıstandan Aıyp Alakunov,
Qırğızıstandan Oralbek Kaboke, Tacikistandan Abdurahim Caborov, Azərbaycandan Vüqar Əliyev, Azər Abdullayev, Eldar Babazadənin əsərləri Laçının ən hündür məkanlarından olan Seyrəngahda sərgilənib.
Sərgi iştirakçı ölkələrin mədəni irsinin gözəlliyini və müxtəlifliyini nümayiş etdirilib.
"Art in Action" adlanan layihə çərçivəsində, fərdi ifadələrin birləşərək necə güclü və ahəngdar bir bütöv yarada biləcəyini araşdırmaq məqsədilə "Birlik Rəngləri" adlı innovativ tədbir izləyicilərdə dərin təəssürat yaradıb.
Bu sərgidə iştirak edən hər bir rəssam, Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını ortaq bir kətana əks etdirib. Bu kollektiv proses, sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında birləşməsinə imkan yaradıb.
Nəticədə, doqquz fərqli rəssamın öz bacarıqlarını birləşdirərək vahid bir əsər yaratdığı möhtəşəm bir sənət nümunəsi ortaya çıxıb. Yaranan bu əsər, tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































