Art
MDB dövlətlərinin mədəniyyəti Həkəri sahilində "ÇİÇƏK AÇDI" - FOTO
İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.
Publika.az xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.
Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası" ilə başlanıb. Ansamblın ifasında “Qaytağı” və "Uzundərə" rəqsləri də təqdim olunub.
Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə "Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.
Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında "Qırğız çıroqu” rəqsi təqdim olunub.
Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib.
Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz" romansını səsləndirib. Sonra o, Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.
Qazaxıstanın "Kulansaz" foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər.
Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa" Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar.
Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”, tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər.
"Qaya” Dövlət Ansamblının ifasında “Laçın" xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.
Rusiyadan "Voronej qızları" xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib.
Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.
Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və "Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.
Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var










.jpg)









.jpg)
















.jpg)


