Art
SSRİ-ni tərk edən məşhur artist vəfat etdi - FOTO
Son illər İsraildə yaşayıb-yaratmış məşhur xoreoqraf Valeri Panov 86 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "Ashdodnet.com" saytı məlumat yayıb.
Məlumata görə, dəfn mərasimi Aşdod şəhərindəki qəbiristanlıqda keçiriləcək.
"Şəhər üçün böyük itki. Aşdodu dünya baletinin xəritəsinə salan dünyanın ən böyük balet artistlərindən biri", - nekroloqda deyilir.
Xatırladaq ki, Panov sovet dövründə Mixaylovski və Mariinski teatrlarının solisti olub. 1974-cü ildə İsrailə köçüb. Xoreoqraf RSFSR-in əməkdar artisti, Qlinka adına Dövlət Mükafatı laureatı idi. Rəqqas filmlərdə də rol alıb. Onun filmoqrafiyasına “Yatmış gözəl”, “Qu gölü” və “Bizdən biri” filmləri daxildir.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































