Art
Nazir İrandan Azərbaycana təxliyə olunan sənətçilərin durumundan YAZDI
P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova məlumat yayıb.
"Bu gün Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən İranı eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu tərk etdi. Hamı sağ və salamatdır!" - nazir yazıb.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Bu çərçivədə iyunun 14-də Rusiyanın bir qrup mədəniyyət və incəsənət xadimi İrandan Azərbaycana təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq



































