Art
Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət olundu - FOTO
İyunun 15-də görkəmli teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatları laureatı, "Şərəf" və "Şöhrət" ordenli Amaliya Pənahovanın (1945-2015) anadan olmasının 80 illiyi tamam olub.
Publika.az xəbər verir ki, bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları və tanınmış incəsənət xadimləri Amaliya Pənahovanın məzarını ziyarət ediblər. Sənətkarın və ömür-gün yoldaşı, aktyor, Xalq artisti Yusif Muxtarovun məzarları üzərinə gül dəstələri düzülüb.
Çıxışlarda Amaliya Pənahovanın Azərbaycanda teatr və kino sahələrinin inkişafındakı xidmətlərindən danışılıb, sənət dostları xatirələrini dilə gətiriblər.
Sənətkarın yaratdığı Bakı Bələdiyyə Teatrının ölkəmizin səhnə sənəti salnaməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova anasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb.
Aktrisa “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































