Art
Mədəniyyət Nazirliyində aşıq Ulduzla görüş keçirildi - FOTO
İyunun 19-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində çağdaş aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Ulduz Quliyeva (Aşıq Ulduz Sönməz) ilə görüş olub.
Publika.az xəbər verir ki, sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən danışıb.
Qeyd olunub ki, Ulduz Quliyeva uğurlu yaradıcılıq yolu keçməklə yanaşı, yeni qadın aşıqlar nəslinin yetişdirilməsində də xüsusi xidmətlər göstərib. Bildirilib ki, ustad aşığın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.
Adil Kərimli Ulduz Quliyevanın Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi sənətkara təqdim edib.
Ulduz Quliyeva yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı və aşıq Ramin Qarayev də iştirak ediblər.
Sonda yubilyar sənətkarla xatirə şəkli çəkdirilib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































