Art
Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirildi - FOTO
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Publika.az xəbər verir ki, iyunun 22-də muğamın beşiyi olan azad Qarabağda - Ağdamdakı Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub.
Tədbirdə rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, festivalın xarici qonaqları iştirak ediblər.
Mərasim Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqsimizin nümayişi ilə başlayıb. Daha sonra festival çərçivəsində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ənənəvi festivalın gerçəkləşməsində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu vurğulayıb. O, 17-22 iyun tarixlərini əhatə edən muğam bayramının müxtəlif maraqlı tədbirlərlə yaddaşlara yazıldığını bildirib.
Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva çıxışında muğamın çoxsaylı xalqları birləşdirən bir dəyər olduğunu söyləyib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə festivalın bağlanış mərasiminin Qarabağımızda, işğaldan azad edildikdən sonra sürətlə qurulan, dirçəldilən muğam-sənət beşiyi Ağdamda keçirilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, builki müsabiqə daha bir neçə istedadlı gənc muğam ifaçısını üzə çıxarıb.
Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb.
Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı Çindən Sincan Uyğur musiqi qrupuna təqdim olunub.
Özbəkistan təmsilçiləri Alibek Saparboyev və Dilnoza Akbarova (III yer), Azərbaycan təmsilçiləri Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnama (II yer), Özbəkistandan Farangiz Mahmudova (I yer) və müsabiqənin Qran-prisini qazanan Azərbaycan təmsilçisi Məftun Səfərliyə mükafatlar təqdim olunub.
Tədbir müsabiqə laureatları və digər xanəndələrin ifasında maraqlı konsert proqramı ilə başa çatıb.
Beləliklə, "Muğam aləmi" festivalı bu dəfə də onlarla ölkədən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və yarısı arxada qalan 2025-ci ilin unudulmaz sənət hadisəsinə çevrildi.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































