Art
“Sarı kəpənəyin Mətanət hekayəsi” - Şairənin xatirəsi anıldı
Azərbaycan Dövlət İqtisad Universiteti Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının təşkilatçılığı ilə “UNEC İnklüziv Təhsil ili” çərçivəsində “UNEC CLUBRARY” kitab klubunun növbəti görüşü baş tutub.
Publika.az xəbər verir ki, gənc yaşında dünyasını dəyişən, Prezident mükafatçısı, təlimçi, psixoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gəl birlikdə darıxaq”, “Şeir terapiyası” kitablarının müəllifi, gənc yazar, istedadlı şairə Mətanət Qüdsinin yaradıcılığına həsr edilmiş anım günü şairənin ata ocağında, Şəmkirin Bayramlı kəndində qeyd edilib.
Görüşdə Şəmkir rayonu Tofiq Cəfərov adına Bayramlı kənd tam orta məktəbin direktoru Şəfəq İsmayılova, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Həqiqət Nəsibova, məktəbdən kənar, sinifdən xaric təşkilatcı Zibər Əliyeva, tarix müəllimi Əntiqə Cəfərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Quliyeva, kitab klubunun fəal üzvləri, UNEC 24/7 kitabxanasının könüllüləri, UNEC Yaradıcılıq Mərkəzinin Vokal dərnəyinin rəhbəri, Respublika Musiqi Festivalları laureatı Vüsal Aslanlı və hazırda “SOLOSTAR” İstedadlar yarışmasındakı duet ortağı olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tələbəsi Hülya Əzizova iştirak ediblər.
UNEC 24/7 Kitabxananın müdiri Arzu Məmmədova bu illər boyu Mətanət Qüdsinin həm təhsilində, həm də yaradıcılığındakı uğurlarını izlədiyini, müəllifi olduğu kitablarından bəhs edib, dünyasını dəyişməsinə baxmayaraq, yarlaq həyatı ilə gənclərə, xüsusilə də əlilliyi olan insanlara həmişə örnək qalacağını vurğulayıb.
Mətanət Qüdsinin təhsil aldığı orta məktəbin direktoru Şəfəq İsmayılova, eləcə də digər müəllimləri onun bu qısa ömründə gördüyü işlərdən, unudulmayacaq xatirələrindən danışıblar.
Anım günündə şairənin şeirləri oxunub, Həqiqət Nəsibova öz şəxsi yaradıcılığından lirik şeirlər ifa edib.
Sonda UNEC ailəsi adından Arzu Məmmədova Mətanətin anası Raifə Quliyevaya Azərbaycan Dövlər Pedaqoji Universitetinin (ADPU) "Təsviri incəsənət” fakültəsinin 2-ci kurs tələbəsi Əsra Əhmədlinin “Cənnətin axırı” rəsm əsərini hədiyyə edib.
Görüşdən sonra iştirakçılar gənc şairənin məzarını ziyarət edib, məzarına əklillər qoyublar.
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı






.jpg)
.jpg)
.jpg)






























