Art
Emin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir
İyulun 23-dən 26-dək keçirilməsi planlaşdırılan və bir sıra məşhur rusiyalı sənətçilərin də iştirakı nəzərdə tutulan “DREAM FEST 2025” beynəlxalq musiqi festivalında dəyişiklik ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov "Instagram" hesabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklər edilir. Belə ki, ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq. Zərurət yaranarsa, biletlərin dəyişdirilməsi və qaytarılması mümkün olacaq.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO










.jpg)







.jpg)

.jpg)
















.jpg)


