Art
Qarabağ geyimləri Aktau səhnəsində - FOTOLAR
28-29 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Aktau şəhərində TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Manqistau Vilayəti Hakimiyyəti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən “VIII Türk Dünyasında Qadın və Moda Günləri: Əl Sənətləri Festivalı” çərçivəsində Azərbaycan uğurla təmsil olunub.
Bu mötəbər beynəlxalq tədbirdə Azərbaycan adından iştirak edən Bakı Milli Geyim Evi, zəngin və orijinal kolleksiyası ilə milli geyim mədəniyyətimizi dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılara nümayiş etdirib.
Festival çərçivəsində miniatür sənətindən xalça və kilimlərə, ənənəvi geyimlərə qədər Türk Dünyasının mədəni irsini əks etdirən sərgilər, dəfilələr və ustad dərsləri təşkil olundu. Bakı Milli Geyim Evinin təqdimatı isə tamaşaçıların və media nümayəndələrinin böyük marağına səbəb oldu. Bakı Milli Geyim Evinin rəhbəri, sənətşünas Könül Vəlibəyli çıxışında xüsusi olaraq Qarabağ geyimlərinə diqqət çəkib.
O qeyd edib ki, bu geyimlər təkcə maddi dəyər daşımır, həm də Azərbaycan xalqının milli yaddaşının, tarixinin və mənəviyyatının ayrılmaz hissəsidir. Könül Vəlibəyli vurğulayıb:
“Qarabağ geyimləri bizim milli yaddaşımızın parçasıdır. Bu geyimlərdə həm tarix, həm sənət, həm də vətən sevgisi yaşayır. Onları beynəlxalq auditoriyaya təqdim etmək bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir.” Könül Vəlibəyli əlavə etdi ki, Bakı Milli Geyim Evi olaraq məqsədləri təkcə milli geyimlərin bərpası və təqdimatı deyil, həm də bu irsin yeni nəsillərə sevdirilərək yaşadılmasıdır. Onun rəhbərliyi ilə təqdim olunan Qarabağ kolleksiyası peşəkar dizaynı, əl işləri və estetik yanaşması ilə seçilərək, iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Festival zamanı nümayiş olunan geyimlər arasında Azərbaycanın müxtəlif bölgələrinə məxsus qadın və kişi libasları, qədim zinət əşyaları, baş geyimləri və digər atributlar xüsusi maraq doğurdu. Fotoqrafların obyektivində geniş yer alan bu kolleksiya sosial şəbəkələrdə və mediada geniş işıqlandırıldı. Festivalın yekununda Könül Vəlibəyli milli-mədəni irsimizin beynəlxalq aləmdə uğurla təbliğinə verdiyi töhfəyə görə təşkilatçılar tərəfindən sertifikatla mükafatlandırılıb.
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?






.jpg)
.jpg)
.jpg)































