Art
Əməkdar artist “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edildi - FOTO
Iyulun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində keçirilən görüş çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub.
Publika.az xəbər verir ki, medalı və onun sertifikatını ifaçıya Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Təltif zamanı nazir Sahib Paşazadənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələri, həmçinin Özbəkistanda keçirilən beynəlxalq festival və müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib, sənətkara yeni uğurlar arzulayıb.
Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan mədəniyyətinə göstərilən diqqət və dəstəyə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.
Əməkdar artist Sahib Paşazadə göstərilən bu diqqəti yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib və gələcəkdə də Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, tarzən Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-pri mükafatına, 2018-ci ildə isə Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalında birinci yerə layiq görülüb. O, həmçinin 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































