Art
İkinci Dünya Müharibəsi zamanı oğurlanan məşhur skripka görün harada tapıldı
Məşhur skripka ustası Antonio Stradivarinin İkinci Dünya Müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Mendelssohn aləti 1709-cu ildə hazırlanmış və saxlanmaq üçün Mendelssohn-Bonke ailəsinə verilib, lakin müharibə zamanı itib və ailə onu tapmağa cəhd etsə də, axtarışlar nəticə verməyib.
Skripka mədəniyyət mütəxəssisi Karla Şapro tərəfindən müəyyən edilib. O, 2018-ci ildə Yaponiyada keçirilən "Stradivarius" sərgisindən fotolara baxırdı. Oradakı skripka "Stella" adlanırdı və 1707-ci ildə düzəldildiyi deyilirdi.
Mütəxəssis fotoşəkilləri orijinalın şəkilləri ilə müqayisə edib və ağac naxışları əsasında "Mendelssohn" olduğunu müəyyən edib. Alət 2000-ci ildə Nyu-Yorkda hərracda 1,5 milyon dollara satılıb. 2021-ci ilə qədər dünyada Stradivarinin əl əməyi olan təxminən 650 alət, o cümlədən 450-yə yaxın skripka qalıb.
Son zamanlara qədər də məşhur skripka ilə bağlı oğurluq əməlləri davam edib. Belə ki, 2023-cü ilin iyulunda Antonio Stradivarinin skripkası Ukraynadan Moldovaya qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edilib. Ukrayna Dövlət Sərhəd Xidməti alətin götürülərək mütəxəssislərə təhvil verildiyini bildirib.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































