Art
Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirildi - Foto
İyulun 7-də Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda ictimai dinləmə keçirilib.
Publika.az xəbər verir ki, tədbiri açıq elan edən komitə sədri Polad Bülbüloğlu tarixi-mədəni irsin qorunmasının milli əhəmiyyət daşıdığını qeyd edib.
Bildirilib ki, bu sahədə görülən işlər ölkənin gələcək nəsillərinə mədəni mirasın bütöv şəkildə ötürülməsi baxımından xüsusi önəm kəsb edir. Mədəniyyət naziri Adil Kərimli çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi yüksək diqqət və qayğını vurğulayıb.
Nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkə ərazisində yerləşən tarixi abidələrin qorunması, bərpası və konservasiyası istiqamətində genişmiqyaslı layihələr icra olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam şəhərində yerləşən İmarət kompleksində və Şuşada əhəmiyyətli bərpa və konservasiya işləri həyata keçirilib. Bu məkanlar artıq beynəlxalq qonaqlar və diplomatik korpus nümayəndələri tərəfindən də ziyarət edilir.
Nazir qeyd edib ki, mədəni irsin idarə olunması və təbliğində müasir yanaşmaların tətbiqi prioritet məsələlərdəndir. Bu sahədə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması məqsədilə 2024-cü ildə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” elan olunub. Proqram çərçivəsində bakalavriat və magistratura səviyyələrində 11 ixtisas istiqaməti üzrə xaricdə təhsil maliyyələşdirilir.
Dinləmədə Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, memar-ekspert Rizvan Bayramov və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda tarix-mədəniyyət abidələrinin milli sərvət kimi qorunmasının və bu sahədə beynəlxalq təcrübədən səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...










.jpg)






.jpg)


















.jpg)


