Art
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
Publika.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. Məhz bundan irəli gələrək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilmək məsuliyyətini öz üzərinə götürüb və tədbirin təntənəli açılışı da Üzeyir bəyin “Cəngi” əsəri ilə başlayacaq.
Bununla yanaşı, görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd ediləcək.
İyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq on dörd ildir ki, dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür. Bu il festival bir ilkə də imza atmışdı. Adətən yalnız yay aylarında keçirilən musiqi tədbiri fevral ayında “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təqdimatı ilə də sənətsevərləri sevindirmişdi. Ənənəyə uyğun həm də yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri də parlaq ifalarla yadda qalacağını vəd edir.
Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
























.png)














