Art
Həmin məşhur banan əsərini QOPARIB DİŞLƏDİLƏR
Fransada keçirilən müasir incəsənət sərgisində insident baş verib.
Publika.az xəbər verir ki, ziyarətçi davranış qaydalarını pozaraq divara yapışdırılmış banandan ibarət “Komediant” instalyasiyasını korlayıb.
O, eksponatın bir hissəsini dişləyib, lakin mühafizəçilər bu incəsənət və qidalanma həvəskarının yüngül qəlyanaltısını yarımçıq kəsiblər.
Belə ki, Pompidu-Mets mərkəzində keçirilən “Sonsuz bazar günü” sərgisinin iştirakçısı Mauritsio Kattelanın “Komediant” adlı əsərinə yaxınlaşıb. O, divara yapışdırılmış bananı qoparıb və onu biologiyada bananla davranıldığı kimi soyub. Lakin meyvədən ləzzət almaq ona nəsib olmayıb. O artıq bir parça dişlədiyi anda mühafizəçilər onu dayandırıblar.
“Əsərin bütövlüyü pozulmayıb. Banan məhdud saxlama müddətinə sahib məhsuldur və mütəmadi olaraq yenilənir”, - “Sonsuz bazar günü” sərgisinin təşkilatçıları bildirib.
Fransız müxbirlərin verdiyi məlumata görə, sərgini ziyarət edənlər arasında bu mühüm eksponatın olmadığını fərq etməyənlər də olub.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































