Səhhəti ağırlaşan Xalq artisti Bakıya gətirildi - YENİLƏNDİ
Bizi izləyin

Art

Səhhəti ağırlaşan Xalq artisti Bakıya gətirildi - YENİLƏNDİ

Səhhəti ağırlaşan Xalq artisti Bakıya gətirildi - YENİLƏNDİ

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, Arif Babayevin Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib: "Hazırda vəziyyəti stabildir".

xxx

20:00

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.

"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.

Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

xxx

16:06

Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq muğam ustasının müalicə olunduğu Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, Xalq artisti bir müddət əvvəl Bakıda ağır pnevmoniya keçirib.

"Səhv müalicə alıb, vəziyyəti gərginləşib. Pnevmoniyanın qalıqları var. Hazırda tənəffüs pozğunluğu müşahidə olunur, saturasiyası və təzyiqi aşağıdır. Oksigen aparatına qoşulub, müalicə olunur, vəziyyəti olduqca ağırdır", - Qax xəstəxanadından qeyd olunub.

Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

***

14:54

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu haqda Teleqraf-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, atasının səhhəti ağır olduğunu bildirib: "Bir həftədir ki, Qax rayonuna istirahətə gəlmişdik. Ötən gün vəziyyəti pisləşdi və xəstəxanaya yerləşdirildi. Hazırda səhhətinin stabilləşməsini gözləyirik. Təcili Tibbi Yardım maşını ilə Yeni Klinikaya aparılacaq".

Qeyd edək ki, bir müddət əvvəl də səhhəti ağırlaşan Arif Babayev Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm