Art
Nazirlik “Ərbabın İş Yeri” və “İsmayıl Xan hamamı” ilə bağlı hərəkətə keçdi
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Publika.az bildirir ki, nazirlikdən verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası ilə bağlı müqavilə imzalanıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunmuş və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq Nazirlik tərəfindən keçirilən satınalma yekunlaşaraq qalib şirkətlə müqavilə imzalanıb.
“Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası üçün cari ilin aprel ayında satınalma elan olunub.
Yaxın zamanlarda başlanılacaq bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.
Onu da qeyd edək ki, XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” da bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Nazirlik tərəfindən elan olunmuş satınalma yekunlaşıb.
Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-ə tapşırılıb.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.
Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































