Art
39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında təmsil olunur
İordaniyada 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçirilir. Festival “Burada İordaniya... və onun şərəfi davam edir” şüarı ilə, Kral II Abdullahın himayəsi altında İordaniya Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən İbrahim Babayevin rəhbərlik etdiyi qrup və Dövlət Rəqs Ansamblının solistləri festivalda ölkəmizi təmsil edir.
Mədəniyyət Nazirliyindən Publika.az-a bildirilib ki, festival çərçivəsində İbrahim Babayevin rəhbərliyi ilə hazırlanmış “MughaMix” musiqi layihəsinin təqdimatı olub. Qədim Caraş şəhərinin mərkəzi meydanında reallaşan konsertdə İ.Babayev (tar), Anar Vəlizadə (balaban) və Vəfadar Ramizin (nağara) ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından “Fantaziya”, H.Həsənovun “Unuda bilmirəm” əsərləri, “Xarıbülbül” və “Sarı gəlin” Azərbaycan xalq mahnıları səsləndirilib.
Konsertdə, həmçinin İ.Babayevin “MughaMix”, “Dance in the Sky” və “17.17” əsərləri ifa olunub. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən “Yaylıq” xalq rəqsi, V.Mustafazadənin “Dance” əsəri və musiqiçi üçlüyünün iştirakı ilə səhnələşdirilmiş “Azərbaycan rəngləri” (Colors of Azerbaijan) kompozisiyası təqdim olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Qeyd edək ki, iyulun 23-də başlayan festival avqustun 2-dək davam edəcək. Caraş festivalı çərçivəsində 35 ölkədən nümayəndələrin iştirakı ilə 230-dan artıq mədəni proqramın keçirilməsi nəzərdə tutulur. Proqrama 140-dan çox şairin qatıldığı poeziya gecələri, müxtəlif xalqların musiqi və folklor ansambllarının çıxışları, eləcə də “Caraş ümidləri” adlı karikatura, təsviri sənət, xəttatlıq və ədəbiyyat günləri daxildir.
Ölkəmizdən ifaçı və kollektivlər 2009, 2012, 2014 və 2021-ci illərdə Caraş festivalında uğurla iştirak ediblər.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı

































