Art
Mədəniyyət Nazirliyində Fəxrəddin Manafovla görüş keçirildi
Bu gün görkəmli kino və teatr aktyoru, Azərbaycan Kino Agentliyi Müşahidə Şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Fəxrəddin Manafovun 70 yaşı tamam olur.
Publika.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.
Fəxrəddin Manafovu 70 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli ona xoş arzularını çatdırıb.
Qeyd olunub ki, aktyor ömrünün böyük hissəsini Azərbaycanda kino və teatr sahələrinin inkişafına həsr edib. O, müxtəlif ekran əsərlərində, teatr tamaşalarında oynadığı xarakterik rollarla ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.
Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin 1 avqust 2025-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülməsi onun kino sənətinin inkişafında xidmətlərinə göstərilən diqqətin daha bir göstəricisidir.
Adil Kərimli Fəxrəddin Manafovun mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyar aktyora təqdim edib.
Xalq artisti yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Görüşdə aktyorla xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayan Fəxrəddin Manafov "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)



.jpg)





.jpg)







.jpg)

.jpg)







