Art
Elçin Əfəndiyevlə vida mərasiminin yeri və vaxtı açıqlandı - YENİLƏNDİ
Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi sabah, 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
***
Xalq yazıçısı Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə Publika.az-a Azərbaycan Yazıçılar İttifaqından bildirilib.
***
Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev News24.az-a məlumat verib.
Onun sözlərinə görə, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda dəfn ediləcək.
“Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq”, – deyə Çingiz Abdullayev bildirib.
Qeyd edək ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən yazıçılardan biri olub. O, həmçinin uzun illər dövlət vəzifələrində çalışıb, mədəniyyət və siyasət sahəsində mühüm xidmətlər göstərib. Bu gün 82 yaşında dünyasını dəyişib.
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO

































