Art
Aktrisa Loni Andersonun "hündür dabanlı həyatı" SONA ÇATDI - FOTO
Əfsanəvi amerikalı aktrisa Loni Anderson uzun sürən xəstəlikdən sonra Los-Ancelesdə vəfat edib.
Publika.az xəbər verir ki, ulduzun ölüm xəbərini publisist Şeril J. Kaqan açıqlayıb. Loninin ölüm xəbərini ailə üzvləri də təsdiqləyiblər.
"Radio Sinsinnati"də fərasətli katib Cennifer Marlou rolunu oynayan Anderson bazar günü vəfat edib.
Bu layihədə aktrisa hər zaman dikdaban ayaqqabıda görünən cazibədar sarışın obrazı yaradıb. Bu rola görə o, üç dəfə "Qızıl Qlobus" və iki dəfə "Emmi" mükafatına namizəd olub.
Loni Anderson kino və televiziyadakı rəngarəng sarışın komediya personajları ilə geniş şöhrət qazanıb. Onun kinoda ilk rolu Stiv Makkuinin baş rolda olduğu "Nevada Smit" (1966) filmində olub.
Anderson "Anamın gizli həyatı" (1984) melodramında da baş rolu oynayıb. Loni 60-dan çox film və televiziya layihəsinin yaradılmasında iştirak edib, ən məşhurları arasında "Sevgi qayığı", "Tək oğlan", "Yeniyetmə cadugər Sabrina" və "Ata" var.
Qeyd edək ki, aktrisa dörd dəfə evlənib. Onun ilk evliliyi 1964-cü ildə Brus Xossilberq ilə olub. Onların münasibətləri iki il sonra bitib. Loninin ikinci evliliyi Ross Bikell ilə olub və səkkiz il davam edib. "Stroker" filminin çəkiliş meydançasında Anderson 1988-ci ildə evləndiyi aktyor Bert Reynold ilə tanış olub. Cütlük 1993-cü ildə boşanıb. 2008-ci ildə ekran ulduzu musiqiçi Bob Fliklə ailə həyatı qurub.
Loni iki uşaq böyüdüb: Xossilberq ilə birliyindən bir qızı Deydru Xoffman və üçüncü ərindən övladlığa götürülmüş oğlu Kuinton Anderson Reynolds. 1995-ci ildə Anderson həyatın çətinliklərinin öhdəsindən gələn bir qadın olmaq hekayəsindən bəhs edən "Hündür dabanlı həyatım" adlı avtobioqrafiyasını nəşr edib.
Adəm

-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


