Art
Milli Yaylaq Festivalının açılış mərasimi keçirildi
Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.
Publika.az xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxışında Milli Yaylaq Festivalının ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda təşkil edildiyini xatırladıb. "Burada olmaq böyük xoşbəxtlikdir. Yaylaq festivalı sayəsində iki qardaş ölkə - Azərbaycan və Türkiyə mədəniyyətinin də ortaq olmasını bir daha görürük. Müsəlman ölkələri daim birgə olmalıdır. Qarabağ Zəfəri iki ölkənin bir daha güclü dostluq münasibətində olduğunu sübut etdi", - deyə o əlavə edib.
Gənclər və idman naziri Fərid Qayıbov bu cür festivalın keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu bildirib: "Artıq dördüncü ildir Milli Yaylaq Festivalı təşkil olunur. İnsanlarda festivala olan maraq yüksək səviyyədədir. Əsas məqsədimiz adət-ənənələrimizi yaşatmaq və gənclərə bunu sevdirməkdir. Əlbəttə ki, bu cür tədbirlər dövlətin qayğısı olmadan baş tuta bilməz. Bizə dəstək olan Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana da minnətdarıq".
“Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Müzadil Həsənov Göygöl rayonunda növbəti dəfə bu tədbirin təşkil edilməsinin sevindirici olduğunu vurğulayıb. O, Milli Yaylaq Festivalına olan marağı yüksək qiymətləndirib.
Tədbir bədii hissə ilə davam edib. Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar. Tədbir çərçivəsində təşkil edilən səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































