Art
Laçında Muğam Müsabiqəsinin finalı keçirilir
Laçın rayonunda IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilir.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla yanaşı, ölkənin ədəbi-ictimai xadimləri, incəsənət nümayəndələri və Laçın rayon sakinləri iştirak ediblər.
Müsabiqənin final mərhələsinə ümumilikdə 12 iştirakçı vəsiqə qazanıb.
Bu iştirakçılar yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər arasından 11 mərhələ keçərək finalda iştirak hüququ qazanıblar.
IX “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətində xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































