Art
Hacıbaba Bağırovun 22 yaşlı qızı: "Atamın kim olduğunu demirəm" - VİDEO
"Hacıbaba Bağırovun qızı olmaq böyük qürur hissidir. İnsanların atamın sənətinə verdiyi dəyəri görmək məni xoşbəxt edir. Atamın çəkildiyi kinolara baxanda çox duyğulanıram. Bu, əslində mənim üçün bir az çətin olur. Buna görə də bir o qədər də baxa bilmirəm".
Publika.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Hacıbaba Bağırovun qızı Şölə Bağırova "ASAN TV"yə müsahibəsində deyib. O, hazırda Türkiyədə təhsil aldığını bildirirb:
"Hazırda Türiyədə Hacettepe Universitetində "Siyasi elmlər və dövlət idarəçiliyi" ixtisası üzrə təhsilimi bitimək üzərəyəm. Əsas arzum gələcəkdə siyasətlə daha yaxında məşğul olmaq və cəmiyyətimizə fayda verməkdir. Baxmayaraq ki, uşaqlıqdan ingilis, fransız dilini öyrənib, məktəbi rus dilində bitirib, daha sonra təhsilimi ərəb dili ilə davam etmişəm, hələ də üzərimdə işləməyə çalışıram. Çünki bu, siyasətdə mənə çox lazım olacaq.
Şölə yaxınlarına H.Bağırovun qızı olduğunu demədiyini, bunun böyük məsuliyyət olduğunu vurğulayıb:
"Rəfiqələrim, dostlarım atamın kim olduğunu bilmirlər. Bəzən mənim müsahibələrimi görüb təəccüblənirlər. İlk sual bu olur ki, "Bizə niyə deməmisən". Amma bu, eyni zamanda bir məsuliyyətdir. Daim ona layiq olmağa çalışıram".
Qeyd edək ki, Hacıbaba Bağırov 2006-ci ildə 74 yaşında onikibarmaq bağırsağın iltihabından vəfat edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































