Art
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır - VİDEO
"Baku" TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Mehrəli Asim olub.
Publika.az xəbər verir ki, proqramda o, Nardaranda meyxanaya münasibətin mənfi olduğunu söyləyib: "Nardaranda meyxana son 25-30 ildə yayılıb. Bakı kəndləri daha çox muğama üstünlük verirlər. Meyxana burada elit sayılmır. O, ərəb, fars musiqisi ilə yoğrulub. Bununla ağıl inkişaf etməz, millət ucalmaz".
Mehrəli Asim, həmçinin o vaxtların qonşuluq münasibətlərindən danışıb. "Kəndimizdə Ağasalah dayı var idi. Həmişə deyərdi ki, Nardaranda hasarlar 10 ildən bir üç daş yuxarı qalxır. Yəni artıq insanların bir-birlərinə güvənmədiklərini demək istəyirdi. Niyə bir-birimizdən gizlənmək istəyirik? Mən sənin ananı, bacını həyətdə görsəm, nə olar ki?! Vaxt var idi burada insanlar həyətlərini çəpərləyirdilər. Hazırda isə vəziyyət dəyişib. Bütün bunlar dövrümüzdə qonşuların bir-birlərinə etibar etməmələrinin göstəricisidir", − deyə o, sözlərinə əlavə edib.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































