Art
Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olundu - FOTO
Niderlandın Haaqa şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin incisi – "Leyli və Məcnun" operası nümayiş olunub.
Bu barədə Publika.az-a Azərbaycanın Niderland Krallığındakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada anadan olduğunu bildirərək yubiley tədbirlərinin məhz azad edilmiş Şuşa və Qarabağda keçirilməsinin mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını deyib.
Daha sonra çıxış edən Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri, musiqiçi Firəngiz Bağırova "Leyli və Məcnun" operasının tarixi əhəmiyyəti, onun yaranma prosesi və ilk ifaçıları barədə məlumat verib. O bildirib ki, "Leyli və Məcnun" operası zamanla Azərbaycanın mədəni irsinin parlaq nümunəsinə çevrilib, ölkəmizdə və dünyanın müxtəlif ölkələrində dəfələrlə səhnələşdirilib və 100 illik yubileyi YUNESKO tərəfindən bəşəri əhəmiyyətli hadisə kimi qeyd olunub.
Tədbirin bədii hissəsində, Niderland və Almaniyada yaşayan azərbaycanlı xanəndə və musiqiçilərin ifasında "Leyli və Məcnun" operasından seçilmiş parçalar təqdim olunub.
İfalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































