Art
Vyanada Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu - FOTO
18 Sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vyanadakı Dunay Parkında bəstəkarın abidəsi önündə musiqili-bədii proqram keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Avstriya dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və soydaşlarımız iştirak ediblər. Azərbaycanın səfiri Rövşən Sadıqbəyli Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə və ictimai həyatına böyük töhfələrindən bəhs edib.
BMT Baş katibinin müavini Qada Vali çıxış edərək “Leyli və Məcnun” operasına heyranlığını bildirib, Vyana Şəhər Parlamentinin üzvü Aslıhan Bozatemur isə şəhər rəhbərliyi adından çıxış edərək abidənin simvolik əhəmiyyətini qeyd edib.
Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli Hacıbəylinin musiqi mədəniyyətimizdə yaratdığı “ilk”lərdən danışıb və “Arşın mal alan”ın alman dilində yeni quruluşunun oktyabr-noyabrda Vyanada nümayiş olunacağını açıqlayıb.
Sonda Fərid Feyzullayev (violin) və Rodrigo Sámano (violonçel) Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və klassik bəstəkarların əsərlərini ifa ediblər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

















.jpg)







.jpg)


