Art
Ankarada Əhməd Cavadın xatirəsi anıldı - Fotolar
13 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Əhməd Cavad İnstitutu tərəfindən Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadın vəfatının 88-ci ildönümü münasibətilə Ankara Hacı Bayram Vəli Universitetində anım tədbiri təşkil edilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə ədəbiyyatı sahəsində tanınmış akademiklər, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, tələbələr, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Ankara Hacı Bayram Veli Universitetinin rektoru Mehmet Naci Bostancı və Milliyyətçi Hərəkat Partiyasının sədrinin baş müşaviri, Əhməd Cavad İnstitutunun rəhbəri Ruhi Ersoy çıxış edərək, Əhməd Cavadın həyatı, zəngin ədəbi irsi və Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi xidmətlər barədə geniş məlumat veriblər.
Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” başda olmaqla ölməz əsərlərinin təkcə Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Türk dünyasının azadlıq və milli kimlik ruhuna xidmət edən bədii simvollar sırasında xüsusi yer tutduğu vurğulanıb.
Böyük şairin yaradıcılıq irsinin qorunması və gənc nəsillərə ötürülməsi məqsədilə təşkil olunan bu əlamətdar tədbirin Azərbaycan və Türkiyə arasında mədəni və mənəvi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Tədbirin sonunda Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən video material nümayiş etdirilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


