Art
Bakı bulvarında Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı oldu - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Dənizkənarı Milli Parkda qardaş ölkənin mətbəx mədəniyyətinin təqdimatı olub.
Publika.az xəbər verir ki, tədbirdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, Milli Məclisin deputatları və paytaxt sakinləri iştirak ediblər.
Parkda qurulan və içərisi xalçalarla bəzədilmiş qədim türkmən çadırı tamaşaçıların xüsusi marağına səbəb olub. Qonaqlar çadırın ətrafında qoyulmuş masalarda Türkmənistan mətbəxinin ləziz təamlarını dadıblar.
Ərazidə quraşdırılan böyük səhnədə Türkmənistan incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 15-də Gəncə şəhərində türkmən sənətçilərinin konsert proqramı ilə başa çatacaq.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































