Art
Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatdı - FOTOLAR
zərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat veriib.
Oktyabrın 15-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konserti idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər.
Qardaş ölkənin tanınmış ifaçı və kollektivlərinin təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər.
Konsert proqramı Nizami yurdunun – qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb.
Bununla da üç gün davam edən Türkmənistan Mədəniyyət Günləri yekunlaşıb.













-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































