Art
SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO
SSRİ-nin və Özbəkistanın Xalq artisti Yakub Əhmədov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Özbək Milli Akademik Dram Teatrı öz "Telegram" kanalında məlumat yayıb.
“Özbək Milli Akademik Dram Teatrının kollektivi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir”, - paylaşımda deyilir.
Qeyd edilib ki, Yakub Əhmədov 87 yaşında həyatla vidalaşıb.
Əhmədov, sənət həyatı boyunca 40-dan çox filmə çəkilib, o cümlədən “Əli Baba və qırx quldurun sərgüzəştləri”, “Zumrad”, “Furkat”, “Keçmiş günlər” və s.
Bundan əlavə, o özbək dilində 400-dən çox filmi səsləndirib.
Mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinə görə Əhmədov bir sıra yüksək mükafatlara layiq görülüb:
- SSRİ-nin xalq artisti
- 1977-ci il SSRİ Dövlət Mükafatı laureatı
- Özbəkistan SSR-nin xalq artisti
- “Əmək qəhrəmanlığı” medalı (2005)
- “Fədakar xidmətə görə” ordeni (2018)
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































