Art
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı oldu - FOTO
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır. Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. O cümlədən “Carlovy” violonçel və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan “Petrof” royalları, “Yamaha” pianoları bu musiqi alətləri sırasındadır.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına dəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib.
Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olub.
-
Cənubi Qafqaz22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin122:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO









.jpg)










.webp)













.jpg)


