Art
Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı nekroloq
Mədəniyyət Nazirliyi Əməkdar artist Vahid Əliyevin ölümü ilə bağlı nekroloq yayıb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Teatr və kino sənətimizin sevilən nümayəndəsi, Əməkdar artist Vahid Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub, 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışaraq yarım əsrə yaxın səmərəli fəaliyyəti ilə səhnəmizin yaddaqalan simalarından birinə çevrilib.
O, “Ana laylası”, “Sirli dəyirman”, “Dədəm Qorqud”, “Şeyx Sənan” kimi tamaşalarda, həmçinin “Nə gözəldir bu dünya”, “Kuklalar”, “Qətl günü” filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərin rəğbətini qazanıb.
Sənətə töhfələrinə görə 2011-ci ildə “Əməkdar artist” fəxri adına, 2017–2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.
Əməkdar artist Vahid Əliyevin xatirəsi daim ehtiramla yad ediləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi mərhum sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































