Art
Təsviri sənətimizin “keşiyini” ləyaqətlə çəkmiş alim
Tarix hər gün yazılır, abidə isə gələcəyə yadigardır. Tanınmış şəxslərin xatirəsini əbədiləşdirilməsi məqsədi ilə heykəllərin, qəbirüstü abidələrin ucaldılmasında xatirə lövhələri və barelyeflərin hazırlanması onların ruhuna ehtiramın göstəricisidir. Bu ənənə hazırda da öz aktuallığını saxlayır. Bugünlərdə milli təsviri sənətimizin “keşiyini” ləyaqətlə çəkmiş, tədqiqatçı alim, görkəmli sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin məzarüstü abidəsi ucaldılıb.
Gənc heykəltəraşın dostuna dərin ehtiramı
Qəbirüstü abidənin müəllifi heykəltəraş Toğrul Ağayevdir. O, 2000-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasında Xalq rəssamı Natiq Əliyevdən dərs alıb, hazırda akademiyanın müəllimidir. Heykəltəraşın sənətşünasla tanışlığı tələbəlik illərinə təsadüf edib, sonradan dostluğa çevrilib. Bu abidə gənc heykəltəraşın müəlliminə dərin hörmətin təcəssümüdür.
77 illik ömrünün 43 ilini sənətə həsr edib
Xatırladaq ki, görkəmli alim Ziyadxan Əliyev 77 illik ömrünün 43 ilini sənətə həsr edib. Azərbaycan təsviri sənətinin tədqiqi və təbliği istiqamətində onun mühüm xidmətləri var. Ziyadxan Əliyev sənətşünaslıq sahəsində parlaq iz qoymuş şəxsiyyətlərdəndir. O, həm elmi, həm də pedaqoji fəaliyyəti ilə milli sənət tarixinin öyrənilməsinə və dünya miqyasında tanıdılmasına böyük töhfə verib. Onun araşdırmaları, məqalələri və kitabları bu gün də sənətşünaslıq elminin mühüm mənbələrindən biri kimi dəyərləndirilir.
Ziyadxan Əliyev elmi fəaliyyətinə 1980-ci ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində elmi işçi kimi başlayıb. Sonradan muzeyin “Qərbi Avropa və rus incəsənəti” şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1987-ci ildən isə Rəyasət Heyətinin üzvü olub. O, eyni zamanda bir sıra ali təhsil müəssisələrində incəsənət tarixi fənnindən dərs deyərək yeni nəsil sənətşünasların yetişməsinə töhfə verib.
Çoxşaxəli elmi-publisistik fəaliyyət
Ziyadxan Əliyevin elmi-publisistik fəaliyyəti çoxşaxəli idi. O, Azərbaycan təsviri sənətinin müxtəlif istiqamətlərinə həsr olunmuş yüzdən artıq elmi və publisistik məqalənin, kataloqların və kitabların müəllifidir. Onun tədqiqatları xüsusilə Azərbaycan və Avropa rəssamlarının yaradıcılığının müqayisəli təhlili ilə seçilirdi. O, 2006-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2018-ci ildə sənətşünas “Kaspi” mükafatı ilə təltif edilmişdi. ("Kaspi" qəzeti)
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































