Art
Mədəniyyət Nazirliyi ictimaiyyətə çağırış etdi - YENİLƏNDİ
Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə nazirliyin fəaliyyəti haqqında yalan və təhrif edilmiş məlumatların yayılmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada deyilir:
"Bir qrup şəxs tərəfindən Mədəniyyət Nazirliyin saytından paylaşılan "screen" görüntülərində istifadə etdikləri cihazlarda avtomatik tərcümə funksiyası aktiv olduğu üçün mətn təhrif edilmiş şəkildə əks olunub. Araşdırılmadan və yoxlanılmadan bu kimi təhrif edilmiş məlumatların yayılması nazirliyin nüfuzuna xələl gətirir və insanlarda düzgün olmayan rəy formalaşdırır.
Xahiş edirik ki, bu cür səhv informasiya verməklə ictimai fikrin yanlış istiqamətə yönləndirilməsinə səbəb olmayasınız.
Məsələnin dəqiq və obyektiv qiymətləndirilməsi üçün məsələ ilə bağlı rəy bildirən bütün şəxslərin sözügedən xəbərlərlə birbaşa Mədəniyyət Nazirliyinin rəsmi saytı üzərindən tanış olmağını, bu zaman iaə avtomatik tərcümə funksiyasını deaktiv etməyini vacib hesab edirik. Orijinal mətnlər Mədəniyyət Nazirliyinin saytında aydın və düzgün şəkildə təqdim olunub".
Sözügedən xəbərlərin orijinal linklərini təqdim edir:
xxx
Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir.
"Qeyd edirik ki, rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır", - nazirliyin yaydığı açlıqlamada deyilir.
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































