Art
Bakı Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimi keçirildi - FOTO
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, festival klassik və müasir sənət nümunələrini, dünya bəstəkarlarının tanınmış əsərlərini və Azərbaycan mədəniyyətinin zəngin irsini təqdim edərək ənənə ilə yeniliyin harmoniyasını nümayiş etdirib.
Dirijor Murtuza Bülbül belə böyük festivalın iştirakçısı olmaqdan məmnunluğunu bildirib: “Azərbaycan mədəniyyətində bu cür layihələrin keçirilməsi çox vacibdir. Burada dünyanın bir çox görkəmli və tanınmış şəxsləri iştirak edirlər. İnanıram ki, bu kimi festivalların sayı artacaq və Avropa, eləcə də dünya mədəniyyətindəki yeni tendensiyalar Azərbaycana da gələcək. Bu gün atamın əsərlərinin səsləndiriləcəyi üçün xüsusilə sevincliyəm”.
Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib ki, festival çərçivəsində Çin kollektivinin təqdim etdiyi məşhur “Müqəddəs bahar” baletini izləyib və çox bəyənib. Kanadadan gətirilən “Hamlet” tamaşasının da yüksək səviyyədə olduğunu vurğulayan Xalq artisti festivalın ümumilikdə çox yaxşı təşkil edildiyini və zəngin proqramı olduğunu deyib.
Gecədə dünyaşöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski çıxış edib. Piano partiyasını Fərhad Bədəlbəyli ifa edib.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinə Murtuza Bülbül, Bakı Dövlət Kamera Orkestrinə isə Fuad İbrahimov dirijorluq edib.
Bakı Beynəlxalq İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 16-dək keçirilib.
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































