Art
Rejissorla Xalq artisti arasında QALMAQAL: Nə baş verir? - FOTO
"Vitamin" filminin rejissoru Faiq Nağıyev Xalq artisti Naibə Allahverdiyevanın pulunu vermək istəmədiyi iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva özü bildirib.

Aktrisanın sözlərinə görə, sözügedən filmə çəkilmək üçün ona 1700-2000 manat qonorar vəd olunub:
"Faiq də mənə əlavə cib xərci olaraq 500 manat verəcəyini bildirdi. Dedim, müqavilə bağlayaq, razılaşdı. Səhər tezdən müqavilə bağlamadan zəng vurdu ki, gedirik çəkilişə. Getdik, indi də pulumu vermək istəmir. Mənə deyir ki, 500 manat verəcəyəm. Mən onun üçün nəyəm? Buradan rayona tanınmayan aktyor və aktrisa belə günü 100 manata çəkilişə getməz. Anlaya bilmirəm, o məni nə sayır? Xalq artistiyəm, tanınmış bir aktrisayam. Bunu belə qoymayacağam".

Rejissor Faiq Nağıyev isə bu ittihamı qəbul etmir və qeyd edib ki, ilk gündən Naibə Allahverdiyevaya 500 manat verəcəyini bildirmişdi:
"Hamıya verəcəyim pulun miqdarını dedim. Dedim ki, 500 manata gücüm çatır. Bunu da cib xərcliyi kimi verirəm. 20-22 nəfərin bir yerdə olması hamısı maliyyə tələb edir. Naibə xanım mənim işimi yarımçıq qoyub. Ssenaridə onun çəkilişləri var idi, amma yarımçıq qoydu, çəkilmədi. Məcbur olub ona görə ssenarini dəyişdim. İndi də mənə deyir ki, 1700 manat verməlisən. Xeyir ola, bu hansı qanunda yazılıb? O mənim işimi yarımçıq qoyduğundan 250 manat pul verəcəyəm. Haraya istəyir müraciət etsin".
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































