Art
Rüfət Nasosnu: "Hərislik meyxanaya ləkə vurdu" - VİDEO
"Baku" TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Publika.az xəbər verir ki, proqramın budəfəki buraxılışının qonağı meyxana ustası Rüfət Nasosnu olub.
O, meyxananın hazırkı vəziyyətini qiymətləndirib:
"Meyxana gözəl sənətdir. Burada pul qazanmaq asandır. Problem meyxanaçılardadır. Əvvəllər bədiyyə məclisləri gecə 12-də yekunlaşardı. Sonradan isə meyxana məclisləri gecə saat 3-ə qədər uzandı. Bu da ailələrdə normal qarşılanmadı, meyxanaya "avaraçılıq" damğası vuruldu. Hər şeyin səbəbi isə meyxana deyənlərin hərisliyidir".
Rüfət Nasosnu həmçinin gənc yaşlarında etdiyi səhvdən - narkotikdən istifadə etməsindən danışıb:
"O zamanlar elə bilirdim ki, bu düz yoldur. Sonra başa düşdüm ki, bir az da dərinə getsəm, mənəviyyatım əldən gedəcək. Pulu, hörməti, abır-həyanı, hətta inamı da geri qaytarmaq olur. Amma zamanı və səhvlərinə görə itirdiyin yaxınlarını heç vaxt geri qaytara bilməzsən".
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































